Nizami Kino Mərkəzində Bakı Şәhәr İcra Hakimiyyәtinin Kino Xidmәti İdarәsi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan "Milli Qәhrәmanlar" sәnәdli filmlәr hәftәsi keçirəcək. SİA-ya Kino Xidməti İdarəsindən verilən xəbərə görə, noyabrın 23-də həftə çərçivəsində ilk olaraq rejissor İsmayıl Zeynalovun çəkdiyi Milli Qәhrәman Salatın Əsgərovaya hәsr olunan "23" adlı sәnәdli filmi tәqdim ediləcək.
Qeyd edək ki, "Milli Qәhrәmanlar" sәnәdli filmlәr hәftәsinin keçirilməsində məqsəd, torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xalqımıza daha da yaxından tanıdılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB