Əməkdar artistimiz Voronej şəhərində konsert verdi

Əməkdar artistimiz Voronej şəhərində konsert verdi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar Artist Afaq Abbasova Rusiyanın Voronej şəhərində qastrol səfərində olub. SİA-ya teatrın mətbuat xidmətindən verilən məlumata görə, əməkdar artist Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri gənc opera solistlərinin "Voronej MDB-nin mədəni paytaxtı" dövlətlərarası proqramının qala- konsertində ölkəmizi təmsil edib. Voronej Dövlət Opera və Balet Teatrında baş tutan konsertə Rusiya, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistandan olan ən istedadlı gənc vokalçılar qatılıblar.

A.Abbasova qala - konsertdə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Nigarın ariyası və Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının solisti Raxim Mirzokamalovla birlikdə C.Verdinin "Trubadur" operasından duet ifa edib. Azərbaycanlı vokalçının ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə