Milli Dram Teatrı tətil günlərində də işləyir

Milli Dram Teatrı tətil günlərində də işləyir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məktəblilərin payız tətili günlərində maraqlı tamaşalar nümayiş olunur. Teatrın repertuarında orta məktəblərdə tədris olunan dramaturgiya nümunələrinə yer verilib. SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, teatrın kollektivi tətil günlərində "Nağıllar aləmində", "Anamın kitabı", "Biri vardı, biri yox... ", "Qaraca qız" tamaşaları ilə məktəblilər qarşısında çıxış etməkdə davam edir.

Folklor nümunələri əsasında hazırlanmış "Nağıllar aləmində" tamaşasının bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru Xalq Artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.

"Anamın kitabı" tamaşasının quruluşçu rejissoru H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Xalq nağıllarının motivləri əsasında hazırlanmış "Biri vardı, biri yox..." tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

"Qaraca qız" iki hissəli nağıl-tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Nigar Güləhmədovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə