Azərbaycan Milli Konservatoriyasında tələbə xalq çalğı alətləri orkestrlərinin konserti olub. SİA-nın verdiyi xəbərə görə, konsertdə iki orkestr ifasını "Buta" və "İldırım" xalq çalğı alətləri orkestrləri təqdim edib.
Orkestrə Fəxrəddin Atayev və Arif Məhərrəmov dirijorluq edib. Konsertin proqramı da xüsusi maraq doğurub. Belə ki, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Süleyman Ələsgərov və s. bəstəkarların əsərləri tələbələrin ifasında böyük maraqla qarşılanıb. Maraq doğuran məqamlardan biri də sonda konservatoriyanın tələbələrindən təşkil olunan "Cazbənd" qrupunun ifası olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB