Məktəblilər payız tətilini Nizami Kino Mərkəzində keçirdilər FOTOLAR

Məktəblilər payız tətilini Nizami Kino Mərkəzində keçirdilər FOTOLAR

189 və 190 №-li məktəblərin şagirdləri Nizami Kino Mərkəzində uşaqlar üçün çəkilmiş "Dərs" bədii filminə baxıblar. SİA-nın verdiyi xəbərə görə, dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Dərs " filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür. Ekran əsəri, uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir. Filmdəki rollara Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və digər aktyorlarla yanaşı, Bakı məktəbliləri də çəkiliblər.

Ekran işindən əvvəl baş rollardan birinə çəkilmiş 10-cu sinif şagirdi Ayna Zərbəliyeva uşaqlara filmdə qaldırılan aktual mövzular haqqında bilgi verib.

Seansdan sonra, uşaq və valideynlər filmi bəyəndiklərini və gələcəkdə məktəblilərin həyatı və sosial problemlərini əks etdirən ekran əsərlərinin daha da çox olmasını arzu etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə