Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeylərdə, tarixi obyektlərdə və mədəniyyət mərkəzlərində XXI əsrin kuratorluğu" mövzusunun müzakirəsinə həsr olunmuş seminar keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Muzey işinin təşkili və idarəedilməsində innovasiyalar" mövzusunda olan seminar ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə reallaşıb. Seminarda ABŞ-ın Smitson İnstitutunun aparıcı tədqiqatçı antropoloqu, institut muzeyinin Asiyanın mədəniyyəti tarixi proqramının direktoru, Asiya, Avropa və Orta Şərq etnologiyası üzrə kuratoru Pol Teylor, muzeyin Asiya mədəniyyəti tarixi proqramının tədqiqatçıları Cered Koller və Trevor Lumis Merrion, eləcə də azərbaycanlı alim və muzey mütəxəssisləri iştirak ediblər.
ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stephen Quice Mədəniyyət və Turizm Nazirliyinə seminarın keçirilməsi üçün yaratdığı şəraitə görə minnətdarlıq edib. ABŞ ilə Azərbaycan arasında mədəniyyət, o cümlədən muzey işi sahələrində əlaqələrin mövcudluğunu qeyd edən S.Quice bildirib ki, bu istiqamətdə təcrübə mübadiləsi apara bilərik.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda muzey işi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib: "Ölkəmizdə yeni muzeylər yaradılır, mövcud muzeylər bərpa edilir, ekspozisiyaları zənginləşdirilir, muzeylərin beynəlxalq əlaqələri genişlənir. Son altı ildə ölkə başçısı tərəfindən muzey sahəsi üzrə 15-dən çox sərəncam imzalanıb. Heydər Əliyev Fondu tərəfindən Milli İncəsənət Muzeyi, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu və onun ərazisindəki muzeylər bərpa olunub. Bunlarla yanaşı, bölgələrdə də yeni muzeylər yaradılır və yenilənir. Aparılan bütün bu işlər ölkəmizin mədəni irsinin qorunmasına və bütövlükdə muzey işinə diqqətin təzahürüdür".
Qeyd edək ki, noyabrın 20-dək Bakıda bir sıra mədəniyyət müəssisələrində və Quba Tarix Muzeyində də keçiləcək seminarlar ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mili Elmlər Akademiyası ilə əməkdaşlıq əsasında təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB