Musiqili Teatrda “Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq
Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin "Ər və arvad" iki hissəli musiqili komediyası yeni quruluşda 50-ci dəfə nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı 50-ci nümayişi noyabrın 21-də reallaşacaq.
Tamaşanın quruluşçu-dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar Rəssam Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcova məxsusdur. Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar Artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova və başqaları ifa edirlər.
Qeyd edək ki, Musiqili Teatrın əsası məhz "Ər və arvad" tamaşası ilə qoyulub. Bu əlamətdar hadisə ötən əsrdə - 1910-cu il mayın 24-də baş verib. Həmin vaxt bu ölməz səhnə əsərinin quruluşçu-rejissoru Hüseyn Ərəblinski olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB