Ömrün musiqili səhifələri

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Cəngi" estrada folklor ansamblının bədii rəhbəri, tar və ud ifaçısı, əməkdar artist Mircavad Cəfərov geniş konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, "Ömrün musiqili səhifələri" adlı konsert proqramı hesabat xarakteri daşıyır.

Gecədə, həmçinin "Cəngi" estrada folklor ansamblının rəqs və etno-caz qrupu və onun solisti Arzu Həsənli, "Rast" qrupu və onun bədii rəhbəri Əməkdar Artist Rəşad Haşımov, Xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, Əməkdar artistlər Teyyub Aslanov, Zakir Əliyev, xanəndə Qoçaq Əsgərov, Əməkdar Artist, caz ifaçısı Salman Qəmbərov, Əməkdar İncəsənət Xadimi, caz ifaçısı Cəmil Əmirov və tanınmış gənc caz ifaçısı Elçin Şirinov, müxtəlif ifalarla çıxış edəcəklər.

Qeyd edək ki, konsertdə muğam, təsnif və etno-caz janrları ilə yanaşı, müxtəlif musiqi nömrələrinə də müraciət olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə