Noyabrın 20-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində xalq artisti Yaşar Nurinin xatirəsi anılacaq. Muzeydən SİA-ya verilən xəbərə görə, tədbirə Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Bakı teatrlarının rəhbərləri, teatr tənqidçiləri, rejissor və aktyorlar, Yaşar Nurinin ailə üzvləri, tələbələr, muzey əməkdaşları və ictimaiyyət nümayəndələri dəvət olunub.
Bildirilib ki, yaxın günlərdə Yaşar Nurinin ailəsi mərhum aktyorun şəxsi arxivini muzeyə hədiyyə edib. Bu arxiv əsasında muzeyin ekspozisiyasında aktyora həsr olunmuş guşə yaradılıb. Anma mərasimində iştirakçılar fonda daxil olmuş şəxsi arxiv əşyaları və guşə ilə tanış olacaqlar. Həmçinin aktyorun yaradıcılığını əks etdirən video çarx nümayiş etdiriləcək, yaxınları və sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB