"Art Villa" qalereyasında gənc rəssamların "Bir günəş" adlı sərgisi açılıb. SİA-nın verdiyi xəbərə görə, sərgi "Dünya rəssamlığı" incəsənət klubunun təşkilatçılığı, Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) və Gənclər Şəbəkəsinin dəstəyi ilə baş tutub.
Tədbiri giriş sözü ilə "Dünya rəssamlığı" incəsənət klubunun rəhbəri Elşad İbrahimov açıb. O, sərginin adına diqqət çəkərək bildirib ki, günəş təbiətin ən böyük, əvəzolunmaz maddi xəzinəsi, eyni zamanda sənət aləmi üçün zəngin ilham qaynağıdır. Bu odlu kürə təbiət və insanlıq tarixinin başlanğıcı olmaqla yanaşı, bütün varlığı əbədi bir istiqamətə aparan qarşısıalınmaz qüvvədir.
Vurğulanıb ki, sərgini keçirməkdə məqsəd az tanınan gənc rəssamlara dəstək olmaq, onların mövzu üzrə çalışmaq bacarıqlarını üzə çıxarmaqdan ibarətdir. Sərgiyə 150 rəssam əl işlərini təqdim edib və onlardan 26 rəssamın hərəsinin bir əsəri nümayiş üçün seçilib.
Qeyd edək ki, sonda iştirakçılar sərgi ilə tanış olublar və əsərləri sərgilənən müəlliflərə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB