"Nabat" Türkiyə film festivalında yer aldı

"Nabat" Türkiyə film festivalında yer aldı

Elçin Musaoğlunun "Nabat" bədii filmi noyabrın 20-dən 27-dək Türkiyədə keçiriləcək III Boğaziçi Beynəlxalq Film Festivalında nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, film festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə