“Ölkəmizi tanıyaq”

Respublikamızın ayrı-ayrı bölgələrinə təşkil olunan "Ölkəmizi tanıyaq" devizi altında ekskursiya turlarının dördüncü mərhələsi start götürür. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdləri üçün 16-19 noyabr tarixlərində maarifləndirici turların keçirilməsi nəzərdə tutulub.

Respublikanın 32 şəhər və rayonlarından olan 1120 nəfər şagird üçün turlar müəyyən olunmuş qrafik üzrə 4 istiqamətdə (Gəncə-Şəmkir-Göygöl, İsmayıllı-Qəbələ-Şəki, Lənkəran-Astara-Lerik və Quba-Qusar-Xaçmaz) həyata keçiriləcək.

Ekskursiya turları zamanı şagirdlər bölgələrimizin zəngin tarixi, mədəniyyəti, təbiəti, ləziz mətbəxi və digər infrastruktur obyektləri, həmçinin turizm potensialı ilə yerində əyani tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, ümumilikdə, "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində ekskursiya turlarının dördüncü mərhələsi keçirilir. Bundan öncəki turlarda ölkəmizin 53 şəhər və rayonları üzrə 3680 nəfər şagird iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə