“Söz” layihəsi təqdim olunacaq

14 noyabr tarixində Nizami Kino Mərkəzində "Söz" adlı ədəbi layihənin ilk təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilib.

Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Təqdimatda layihənin rəhbəri Nigar Həsən-zadənin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin və xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin nümayəndələrinin çıxışları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə