“Ölkəmizi tanıyaq” ekskursiya turlarının IV mərhələsi start götürür

“Ölkəmizi tanıyaq” ekskursiya turlarının IV mərhələsi start götürür

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdləri üçün cari ilin 16-19 noyabr tarixlərində maarifləndirici turların keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, respublikanın 32 şəhər və rayonlarından olan 1120 nəfər şagird üçün turlar müəyyən olunmuş qrafik üzrə 4 istiqamətdə (Gəncə-Şəmkir-Göygöl, İsmayıllı-Qəbələ-Şəki, Lənkəran-Astara-Lerik və Quba-Qusar-Xaçmaz) həyata keçiriləcək.

Ekskursiya turları zamanı şagirdlər bölgələrimizin zəngin tarixi, mədəniyyəti, təbiəti, ləziz mətbəxi və digər infrastruktur obyektləri, həmçinin turizm potensialı ilə yerində əyani tanış olmaq imkanı əldə edəcəklər.

Ümumilikdə, "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində ekskursiya turlarının dördüncü mərhələsi keçirilir. Bundan öncəki turlarda ölkəmizin 53 şəhər və rayonları üzrə 3680 nəfər şagird iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə