Azərbaycan-Sloveniya turizm şirkətlərinin görüşü keçirilib

Azərbaycan-Sloveniya turizm şirkətlərinin görüşü keçirilib

Bu gün Sloveniya Respublikasının Turizm Agentliyi və "B2B Luxury & Mice Workshop" təşkilatçıları birgə Sloveniya Respublikasının turizm potensialının təqdimatı və aparıcı turizm şirkətləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, tədbir bu ölkənin turizm imkanlarının geniş təqdimatı ilə başlayıb. Təqdimatda Sloveniyada turizmin müxtəlif növləri, sağlamlıq turizm mərkəzləri, termal şəhərləri və s. haqqında məlumat verilib.

İşçi qrupu çərçivəsində yerli turizm şirkətləri ilə Sloveniya otelləri, sağlamlıq mərkəzləri, spa-kurortlarının təmsilçiləri və turizm şirkətləri arasında təkbətək görüşlər təşkil edilib. Həmçinin iki ölkə arasında turist mübadiləsinin həyata keçirilməsi ilə bağlı cəlbedici təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə