Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində akademiyanın müəllimi Sabir Hüseynovun "Tarixin etüdləri" adlı rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgiyə təqdim olunan sənət əsərlərində rəssamın "İrəvan şəhərinin görünüşü", "Anamın portreti", "Neftçilər", "Abşeron", "Xocalı faciəsi", "Uluxanlı" və s. əsərləri nümayiş olunub.
Nəzərinizə çatdıraq ki, sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, rəssamın 1994-cü ildə Yunanıstanda, 1996-cı ildə Rusiyada və Almaniyada fərdi sərgiləri açılıb. O, Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən sərgilərdə iştirak edib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvi olan rəssamın əsərləri bir sıra ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB