Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində "ADA" Universitetinin tədris proqramları ilə bağlı təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbiri Elm, təhsil və gənclərlə iş şöbəsinin Təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova açaraq, iştirakçıları salamlayıb. Universitetin Tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynova "ADA"-nın yaranması tarixindən keçdiyi inkişaf yolundan söz açıb.
Universitetə magistraturaya qəbul qaydaları, ixtisaslar, xaricdə təhsil, təcrübə mübadiləsi, tələbələr üçün karyera hazırlıq mərkəzi, təqaüd proqramları, iş imkanları, dil kursları və digər məsələlərlə bağlı ətraflı məlumatlar verilib.
Daha sonra Nazirliyin əməkdaşlarına Universitetin magistratura proqramları təqdim edildi və qəbul qaydaları izah olunub. Təqdimat interaktiv qaydada keçirildi və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB