Ernesto Çe Gevaranın “Boliviya gündəliyi” çapdan çıxdı FOTO

Ernesto Çe Gevaranın “Boliviya gündəliyi” çapdan çıxdı FOTO

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Tərcümə Mərkəzinin kitabları" seriyasından növbəti nəşri – Ernesto Çe Gevaranın "Boliviya gündəliyi" kitabı işıq üzü görüb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, kitab Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi Çe Gevaranın yarımçıq qalmış ömründən, bu keşməkeşli həyat yolunun son on bir ayından – qəhrəman inqilabçının və onun silahdaşlarının Boliviyanın azadlığı uğrunda apardıqları ölüm-dirim savaşlarından bəhs edir.

Əsəri dilimizə Rövşən Ramizoğlu tərcümə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə