"Nağıl qəhrəmanlarının səyahəti" FOTO

Yanvarın 2,3,4 –də Heydər Əliyev Sarayında uşaqlar üçün "Nağıl qəhrəmanlarının səyahəti" adlı Yeni il şənlikləri keçiriləcək. Saraydan SİA-ya verilən məlumata görə, "Nağıl qəhrəmanlarının səyahəti" adlı tamaşada uşaqları, Cırtdan və dostlarının (Qırmızı papaq, Buratino, üç keçi balası və s.) başına gələn yeni il sərgüzəştləri gözləyir. Görəsən Cırtdan və dostları zalım Divə qalib gələ biləcəklərmi? Bu suala cavab tapmaq istəyirsinizsə onda Sizləri, 2,3,4 yanar tarixlərində Heydər Əliyev Sarayında keçiriləcək "Nağıl qəhrəmanlarının səyahəti" tamaşasına dəvət edirik.

Sarayın səhnəsində quraşdırılan ən böyük əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə maraqlı, rəngarəng, interaktiv tamaşanın iştirakçısı olacaq və əylənəcəklər. Bir çox başqa sürprizlər, bu Yeni il şənliklərini uşaqlar üçün maraqlı və yaddaqalan edəcək.

Nəzərinizə çatdıraq ki, Heydər Əliyev Sarayında yanvarın 02,03,04 –də baş tutacaq nağıl tamaşanın məşqləri başlayıb. Səhnədə 200-dən çox iştirakçısı olacaq nağıl tamaşanın biletlərini şəhərin kassalarından əldə etmək mümkündür. Saat 13:00-da başlayacaq konsertin biletləri 5-25 manat arasında satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə