“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” FOTOLAR
Bu gün Gənc Tamaşaçılar Teatrında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun təsis toplantısını keçirib. SİA-nın məlumatına görə, toplantıda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin qarşısında müəyyən etdiyi yeni hədəflər nəzərə alınaraq, mərkəzin prioritet fəaliyyət istiqamətlərindən biri məhz regionlarda mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətlərin müasirləşdirilməsindən ibarət olduğunu söyləyib. Diqqətə çatdırıb ki, rayon mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əsaslı dəyişiklərə nail olmaq üçün orada çalışan əməkdaşların yeni peşə səriştələrinə yiyələnməsi və innovativ xarakterli kreativ ideyaların tətbiqi kimi məsələlər böyük əhəmiyyətə malikdir.
Bildirilib ki, "Gənc mədəniyyət işçilərinin koordinasiya qrupu"nun yaradılması məqsədəuyğun hesab edilir. Qrup mədəniyyət müəssisələri və rayonlar arasında daha effektiv koordinasiya işlərinin aparılmasına, sistemdə çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına və onların potensialından daha səmərəli istifadə olunmasına xidmət edəcək.
Dah sonra müxtəlif regionların mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşlar çıxış etdilər. Bildiriblər ki, onların iştirakı ilə qrupun müxtəlif məsələlər ilə yanaşı, eyni zamanda sistemdə sağlam rəqabət mühitinin yaradılmasına, yeni ideyaların formalaşmasına və yüksək savadlı gənclərin sahəyə diqqətinin artırılmasına təkan verəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB