Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı - musiqiliteatr.az istifadəyə verilib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni saytın yaradılmasını şərtləndirən əsas səbəblərdən biri də bir sıra texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyi olub.
"Teatrımızın 106-cı mövsümünün başlanması ərəfəsində yeni saytın yaradılması ilə bağlı qərar verdik. Dünya demək olar ki, hər gün texnoloji yeniliklərlə zənginləşir. Müasir dövrün tələblərindən biri də bu yeniliklərdən vaxtında və səmərəli şəkildə yararlanmaqdır. Yeni saytımız hazırlanan zaman bir sıra teatrların bu sahədəki təcrübəsinə nəzər saldıq, təhlil etdik, müzakirələr apardıq, yaxşı ənənələrdən maksimum yararlanmağa çalışdıq. musiqiliteatr.az saytını ziyarət edənlər Azərbaycan Dövlət Musiqili Teatrının tarixi, yaradıcı heyəti, repertuarı və digər sahələr haqqında məlumat əldə edə bilərlər", - deyə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, buna qədər Musiqili Teatrın www.statemusicaltheatre.az saytı fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB