07-10 noyabr tarixində Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Kitab Sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizin zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nümayəndə heyəti iştirak edəcək. Sərgi günlərində nazirlik tərəfindən nəşr edilən kitabların təqdimatı və imza mərasimlərinin keçirilməsi də planlaşdırılır.
34 il müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı Amerika, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan və başqalarından 500-ə yaxın təşkilat iştirak edir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkə nəşriyyatlarının nümayəndələri ənənəvi olaraq hər il bu sərgidə xüsusi ekspozisiya ilə təmsil olunur. Cari ildə də nazirliyin iştirakı ilə əlaqədar olaraq 50 kv.m. sahə icarəyə götürülüb.
Qeyd edək ki, son illər Frankfurt, London və Turin şəhərlərində keçirilən beynəlxalq kitab sərgilərində milli stendin xüsusi dizaynla qurulması ciddi ziyarətçi marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB