02-04 noyabr tarixində Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində İSESCO-nun fəaliyyətini özündə əks etdirən tədbir iştirakçıları üçün sərgi nümayiş olunur. SİA-nın məlumatına görə, sərgidə müxtəlif dövrlərdə İSESCO-nun keçirdiyi və iştirak etdiyi bir sıra tədbirlərdən fotoşəkillərdən ibarət lövhələr öz əksini tapıb. Həmçinin, İSESCO-nun hesabat xarakterli bir sıra çap məhsulları, eləcə də Oman mədəniyyətini və turizm imkanlarını özündə əks etdirən bir neçə kataloq və broşürlar da sərgidə nümayiş olunur.
Məlumat üçün bildiririk ki, sərgidə mədəniyyət paytaxtları bölməsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə 2009-cu ildə təqdim edilən xüsusi lövhənin foto şəkilləri, həmçinin İSESCO baş direktoruna Prezident tərəfindən təqdim edilən ordenin fotoşəkilləri öz əksini tapıb.
Qeyd etmək lazımdır ki, sərgidə İSESCO-nun xoşməramlı səfirləri bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fotoları yer alır. 02 noyabr tarixində öz işinə başlayan tədbir mədəni proqram və bağlanış mərasimi ilə 04 noyabr tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB