Xəbər verdiyimiz kimi, VI Avropa Film Festivalına Bakı ev sahibliyi edir. SİA-nın məlumatına görə, festivalda ölkəmizi rejissor Kamran Şahmərdanın çəkdiyi "Qatil" bədii filmi təmsil edəcək. Noyabrın 5-də nümayiş olunacaq psixoloji dram janrında çəkilən bu yeni ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.
Qeyd edək ki, noyabrın 6-dək davam edəcək festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB