Turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb
Hazırda dünyada 3 milyarddan artıq insan internetdən istifadə edir. Bu da öz növbəsində qlobal internet məkanını təbliğat üçün effektiv bir vasitəyə çevirmiş olur. SİA-nın məlumatına görə, bir sıra xarici ölkələrin təcrübəsinin təhlili göstərir ki, son zamanlar turizm və iqtisadiyyatın digər sahələrində elektron marketinq daha geniş istifadə olunur. Ənənəvi təbliğat vasitələrindən fərqli olaraq, elektron marketinq az maliyyə vəsaiti tələb etməklə daha çox effektiv təbliğat və informasiya təsirinə malikdir.
Azərbaycanın turizm potensialının elektron marketinq vasitələri ilə təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyində turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb. Yaradılan işçi qrup Nazirliyin marketinq planına əsasən hədəf bazarlarında aidiyyəti kampaniyaların təşkilində, xarici internet portallarında ölkəmizin turizm potensialının təbliğ olunması üçün müvafiq layihələrin həyata keçirilməsində, eləcə də gəlmə turizm üzrə marketinq tədqiqatlarının aparılmasında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB