29 oktyabr - 01 noyabr 2015-cI il tarixlərində İtaliya Respublikasının Paestum şəhərində XVIII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVIII "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) keçiriləcək. SİA-nın məlumatına görə, hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliya Respublikasının əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası da iştirak edəcəkdir. Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, YUNESKO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin də iştirakı, onun zəngin irsinin və turizm potensialının geniş tanıdılmasına imkan yaradacaq. Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus 24 kvm stend sahəsi icarəyə götürülərək xüsusi dizayn edilmiş stend quraşdırılacaqdır. Yarmarkada ölkəmizi təmsil etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün İngilis və İtaliyan dillərində müxtəlif reklam-çap və arxeoloji turizmə həsr olunmuş reklam məhsulları ilə təmin olunub.
Qeyd etmək istərdik ki, ötən il keçirilmiş XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda Azərbaycan Respublikası "rəsmi qonaq ölkə" statusunda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB