Azərbaycan Aşıqlar Birliyi növbəti uğurlu bir layihəni yekunlaşdırmaq üzrədir. Hər zaman gənc aşıqlara dəstək olan Birliyin bu layihəsi də məhz gənclərlə bağlıdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə "Sarıtel - gənc aşıqların səs incisi" adlanır. SİA-nın məlumatına görə, layihə çərçivəsində gənc aşıqların ifalarının yer aldığı audio disk hazırlanıb. Bu barədə məlumat verən Aşıqlar Birliyinin katibi Musa Nəbiolğlunun sözlərinə görə, diskdə gənc aşıqlardan Elməddin Məmmədli, Şəhriyar Kərimov, Qabil Abdıyev, Qərib Quliyev, Əli Zeynalabdinov, Asif Xasanoğlu, Şirin Şirinzadə, Samir Allahverdiyev, Familə İsgəndərova, Şəhriyar Şahverdiyev, Məsim Rəcəbov, Ayaz Buludov və Pərviz Mübarizoğlunun, eləcə də, "Rasim" (bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Rəhman Rasimoğlu), "Çeşmə" (bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı), "Buta" (bədii rəhbəri Sahib İsmiyev) və "Misri" qruplarının ifasında kalssik saz havaları yer alıb. Noyabrın 3-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında diskin təqdimatı olacaq.
M.Nəbioğlu həmçinin qeyd edib ki, bu istiqamətdə iş davam etdirələcək, gənc aşıqlarla bağlı yeni-yeni layihələr həyata keçiriləcəkdir.
Xatırladaq ki, bu ilin may ayında Aşıqlar Birliyinin təşkilatçılığı ilə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Gəncliyin səsi" adlı konsert keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB