İranlı rejissor Lənkəran teatrında tamaşa hazırlayır FOTOLAR
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında İran yazışısı Bəhram Bizayinin "İlan Sultan" əsərinin məşqlərinə başlanıb. Teatrın mətbuat xidmətindən SİA-nın Cənub bürosuna verilən məlumata görə, tamaşanı müqavilə əsasında Tehrandan dəvət olunmuş rejissor Xeyrulla Təgianipur hazırlayır.
Teatrın direktoru Tofiq Heydərovun qənaətincə, bu tamaşa İranla Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyət kəsb edəcək. Belə ki, Lənkəran teatrının İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin Teatr-Dram Sənəti Baş idarəsi ilə bağladığı müqaviləyə əsasən "İlan Sultan" tamaşası Lənkəranla yanaşı, Təbriz və Urmiyə şəhərlərində də oynanılacaq, həmçinin 2016-cı ilin yanvar ayında Tehran şəhərində keçiriləcək Beynəlxalq Fəcr Festivalında təqdim olunacaq.
İki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edən tamaşada əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev və digərləri ifa edirlər.
Sərraf Mirsəfəroğlu








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB