Özbəkistandakı Səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın populyar saytları "podrobno.uz", "1.news.uz", "uchildiz.uz" saytları Azərbaycanın Qəbələ şəhəri haqqında "Габала - древний город Азербайджана и сияющая звезда туризма" adlı məqalə yayımlayıb. SİA-nın məlumatına görə, məqalədə qeyd olunur ki, 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ Böyük Qafqaz dağlarının cənub ətəyində Azərbaycanın paytaxtı Bakıdan 250 km məsafədə yerləşir. Qafqaz Albaniyası antik şəhərinin xarabalıqları və əsas qapı hesab edilən "Qala qapısı" abidə kimi qorunaraq bugünə qədər gəlib çatıb.
Rayonda müxtəlif dövrlərin tarixi və mədəni abidələr mövcud olduğu yazılır və onlardan IV-VIII əsrə aid Alban kilsəsi, XIX əsrə aid məscid, Həzrə, Amili və Bum kəndində mövcud olan abidələr qeyd edilib.
Müəllif qeyd edir ki, Çuxur Qəbələ kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar sübut etmişdir ki, e.ə. IV-III başlayaraq, XVIII əsrə qədər Qəbələ Azərbaycanın inkişaf etmiş ticarət, sənətkarlıq mərkəzi və böyük şəhərlərindən biri olub.
Rus imperiyası və Sovet dövründə Qutqaşen adlanan Qəbələ tarixi və memarlıq abidələri ilə zəngindir. Rayonda qazıntılar zamanı xalq teatrı və müdafiə qülləsi də aşkar olunub.
Məqalədə Qəbələnin füsunkar təbiəti haqqında məlumat verilir və qeyd olunur ki, son illər Qəbələ Azərbaycanın turizm mərkəzinə çevrilmişdir.
Regionun təbii iqlim şəraitinin turizmin inkişafı üçün yeni perspektivlər açdığını yazan saytlar yay turizmi ilə yanaşı rayonda qış turizminin inkişafı üçün mühüm işlər görüldüyünü vurğulayırlar.
Rayonda beşulduzlu otellərin, yüksək səviyyəli brend restoranların fəaliyyətə başladığını yazan müəllif məqalədə Azərbaycanın turizm diyarı olan Qəbələdə qonaqların və turistlərin istirahəti üçün müasir standartlara uyğun şəraitin yaradıldığını yazır.
Məqalələrdə Azərbaycanda açıq səma altında ən böyük park atraksionu olan "Gabaland" haqqında məlumat verilir və qeyd edilir ki, burada ailəvi və uşaqlar üçün, habelə ekstremal idman növləri atraksionları, buz arenası, kartinq, idman meydançaları, XD teatrı, ləzzətli yeməklər, restoran və kafelər xüsusi ilə diqqətəlayiqdir.
Məqalədən sitat: Qəbələdə son illər qış turizminin inkişafı istiqamətində mühüm işlər görülmüş, 2014-ci ilin yanvar ayında rayonda populyar "Tufandağ" qış turizm mərkəzi açılıb.
Tufandağda idmanın qış növləri üzrə - kanatla gəzintilər, xizək sürmə, restoran, kafe, otel turları, həm böyüklər, həm də uşaqlar üçün ekskursiya və əyləncə xidmətləri təklif olunur.
Məqalədə Qəbələnin Azərbaycanın musiqi şəhərinə çevrildiyi, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalının keçirildiyi yazılır.
Məqalənin sonunda Azərbaycan prezidenti İlham Əliyevdən sitat verilir: Qəbələ Azərbaycanın mədəniyyət və turizm mərkəzinə çevrilmişdir.
Bütövlükdə məqalələrlə http://1news.uz/ru/obshhestvo/gabala-drevniy-gorod-azerbaydzhana-i-siyayushhaya-zvezda-turizma/,http://podrobno.uz/cat/world/gabala-drevniy-gorod-azerbaydzhana-i-siyayushchaya-zvezda-turizma/ linklərində tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB