Bakı Beynəlxalq Caz Festivalı 2015

25 oktyabr - 3 noyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Beynəlxalq Caz Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli musiqiçilərin "Diana Krall", "Four Play", "Charles Lloyd", "Ntjam Rosie" qrupunun və başqalarının çıxışları gözlənilir.
Eyni zamanda Azərbaycanın tanınmış caz ifaçıları - Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab və Elçin Şirinov festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə