Mərakeş Krallığının Kasablanka şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) 6-cı illik toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dünyanın 20 ölkəsindən-Pakistan, İtaliya, Monqolustan, Qırğızıstan, Gürcüstan, Hindistan, Türkiyə, Çin, ABŞ, Fransa, Malayziya, Bosniya Hersoqovinya, Bolqarıstan, Albaniya, Azərbaycan və digər ölkələrdən ezam olunan alimlər, təhsil işçiləri və hökumət nümayəndələri iştirak ediblər. Beynəlxalq tədbirin fəaliyyətinə uğurlar arzulayan Mərakeşin təhsil və elmı tədqiqatlar naziri Jamila EL Moussali,Türkiyə Cümhuriyyətinin Rabatdakı böyük elçisi Ethem Barkan Öz, ESRUC-un prezidenti, Türkiyənin Atatürk Universitetinin rektoru professor Hikmet Koçak Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun 6-cı illik toplantısının hər bir iştirakçı ölkə üçün faydalı olacağını, elm və təhsilin yüksək insani dəyərlərə daim xidmət edəcəyini bildirdilər. Mərakeş Krallığının Kasablanka Hassan II Universitetinin rektoru prof. İdris Mansouri giriş nitqində ESRUC-un başlıca məqsədinin İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, akademik inkişafın dəstəklənməsi ilə zəngin mədəni irsin bərpasına və qorunmasına, eləcə də bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə xidmət etməkdən ibarət olduğunu dedi.
Məlumatda daha sonra bildirilir ki, dünyanın 29 ölkəsindən 200 universitetin qatıldığı Konsorsiumun İcraedici Şurasına Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtaliyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Hindistan Kalinqa Sənaye Texnologiyası İnstitutu, Malayziyanın Putra Universiteti, Tbilisi Dövlət Tibb Universitetinin rəhbərləri, ölkəmizdən isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru prof. Cəfər Cəfərov daxildir. ESRUC-un- 6-ci illik toplantısında qlobal ve regional iqtisadiyyat, distant təhsilin əhəmiyyəti, İpək yolu hövzəsində regional problemlerin turizmə təsiri, eləcədə İpək yolu regionunda enerji layihələri və sair bu kimi aktuallığı ilə diqqətçəkən onlarla məruzə geniş muzakirə predmeti olub. ATMU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, beynəlxalq tədbirin gündəliyinə daxil edilən məruzələrdəki problemlərin iştirakçı ölkələr tərəfindən uğurlu həlli cəmiyyət həyatının dinamik inkişafına dəstək kimi dəyərlədirilməlidir. Tədbirin ikinci günü plenar iclasda Lixtenşteyn Universitetinin nümayəndəsi prof. Peter Droegenin təşəbbüsü ilə müzakirə edilən "Günəşli İpək Yolu:davamlı kampuslara ictimai özək kimi" adlı məruzə isə ATMU-nun inkişaf strategiyasında prioritet məqsədlərdən biri-kampus yaratmaq zərurətinin təsdiqi kimi diqqətəlayiqdir.
Beynəlxalq tədbir çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Mərakeş Krallığının Kasablanka Hassan II Universiteti arasında "Ali təhsildə mükəmməlliyin təbliğinə təkan verən" Anlaşma memorandumu, Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin Canakkale 18 mart Universiteti arasinda Əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB