Moskvada iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının 15-ci toplantısı keçirilib. SİA-nın məlumatına görə, toplantı VI Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsinə həsr edilib.
Toplantıda Azərbaycan tərəfindən Komissiyanın həmsədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfindən isə Komissiya həmsədri, baş nazirin müavini Dmitriy Roqozin sədrlik edib.
Azərbaycan nümayəndə heyəti tərkibinə Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə, Nəqliyyat nazirinin müavini Musa Pənahov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev və digərləri daxildirlər.
Toplantıda çıxış edən Rusiya baş nazirinin müavini Dmitriy Roqozin bildirib: "Azərbaycan MDB ölkələri arasında Rusiya ilə ticarətdə davamlı olaraq dördüncü yeri tutmaqdadır (Belorus, Ukrayna, Qazaxıstan), Rusiya öz növbəsində Azərbaycanın bütün dünya ölkələri ilə ticarət dövriyyəsində üçüncü yerdə durur (İtaliya və Almaniya)".
Təəssüf ki, obyektiv səbəblərdən, yeddi ayın yekunu üzrə biz bir qədər ticarət tempinin aşağı düşməsini müşahidə edirik, ticarət dövriyyəmiz 23,2% enərək 1,7 milyard ABŞ dolları təşkil edib. Ehtimal edirəm ki, bugünki toplantı zamanı həmkarlar müvafiq məsələ üzrə daha detallı surətdə məlumat verəcəklər.
Öz tərəfimdən qeyd edim ki, ölkələrimiz arasındakı ticarətdə mühüm yeri sənaye malları və kənd təsərrüfatı məhsulları tutur, Rusiyanın bəzi qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyalar isə Rusiya bazarında keyfiyyətli Azərbaycan kənd təsərrüfatı məhsullarını daha tələbatlı edir.
Daha vacib anlar arasında investisiyaların genişləndirilməsi və investisiyaların qarşılıqlı müdafiəsi barədə anlaşmanın imzalanması qeyd edilir. Müvafiq anlaşmanın qüvvəyə minməsi geniş imkanlar açır".
Qeyd edək ki, görüşün sonunda bir sıra sənədlər imzalanıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB