Azərbaycan filmləri beynəlxalq festivalda FOTO

Azərbaycan filmləri beynəlxalq festivalda FOTO

Vyanada keçirilən LET’S CEE International Film Festival çərçivəsində Asif Rüstəmovun "Axınla aşağı" bədii filminin Avstriya premyerası baş tutub. C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyadan SİA-ya verilən məlumata görə, "Axınla aşağı" və "Nabat" bədii filmləri "Urania", "Village Cinema" və "Actor´s Studio" kinoteatrlarında nümayiş etdirilir. Bu festivalda iştirak hər iki bədii ekran əsərinin Avstriyada ilk nümayişidir.

Qeyd edək ki, "Axınla aşağı" filminin rejissoru Asif Rüstəmovdur. "Nabat" filmində baş rolu oynayan aktrisa Fatimə Motamed-Arya, "Azərbaycanfilm" kinostudiyasının direktoru, ssenarist və kinoprodüser Müşfiq Hətəmov, kinostudiyanın əməkdaşları da festivalda iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə