Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı cənub bölgəsinə qastrol səfərə gəlib. Teatr kollektivinin Astara rayonundan sonra üz tutduğu ikinci ünvan Lənkəran olub. SİA-nın Cənub bürosunun məlumatına görə, İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfər çərçivəsində Astara, Lənkəran, Cəlilabad, Sabirabad, Saatlı, İmişli və Ağcabədi rayonlarında tamaşaçı qarşısına çıxmağı planlaşıdırıb. Qastrol səfərlərdə teatr truppası ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Nurlu ömrün anları" mənzum tamaşasını nümayiş etdirir. Teatrın direktoru İftixar Piriyev deyib ki, teatr repertuarında vətənpərvərlik ruhunda olan əsərlərə geniş yer verir. Bu əsər də onların sırasında özünəməxsus yer tutur.
Tamaşada rolları Ceyhun Əliyev, Vaqif Kərimov, Esmira Şahbazova, Niyaməddin Səfərəliyev, Əjdər Zeynalov, Şəbnəm Cəbrayılova, Ramiz Nəsirov və başqaları ifa edirlər. Qeyd edək ki, qatsrol səfər "Heydər Əliyev irsini öyrənirik" devizi altında həyata keçirilir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB