Nazim Səmədovun rəhbərliyi ilə görüş keçilib FOTO

Nazim Səmədovun rəhbərliyi ilə görüş keçilib FOTO

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə ölkəmizin Fransa Respublikasının Paris şəhərində keçirilən "Top Resa" beynəlxalq turizm sərgisində iştirakının yekunlarına həsr olunmuş görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizi sərgidə təmsil etmiş şirkətlərin, eləcə də yerli turizm sənayesinin digər nümayəndələri iştirak edib.

Görüşdə Fransanın Turizm Agentliklərinin Milli Assosiasiyası (SNAV) ilə birgə cari ilin 09 noyabr tarixində Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialına dair təqdimatın keçirilməsi, hər iki ölkənin turizm sahəsində fəaliyyət göstərən turizm şirkətlər arasında B2B formatında görüşlərin təşkili, eləcə də Nazirlik, AZTA və SNAV arasında Anlaşma Memorandumunun imzalanması məsələsi də müzakirə edilib.

Eyni zamanda "Silk Way travel" şirkətinin direktoru Şirzad Əfəndiyev çıxış edərək təmsil etdiyi şirkətin ölkəmizə daha çox xarici turistlərin gəlməsini təmin edəcək yeni kampaniyası barədə məlumat verib.

Qeyd etmək istəyirik ki, Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisi zamanı Azərbaycanın milli stendində mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin turizm imkanları haqqında fransız və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub, ziyarətçilərlə işgüzar görüşlər keçirilmişdir. Bu il "Top Resa 2015" beynəlxalq sərgisində 160 ölkənin 365 stendi qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə