“Qafqaz Albaniyasına səyahət” FOTOLAR

“Qafqaz Albaniyasına səyahət” FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərinin dövlət maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin "Mədəni irs və tarixi abidələrimizin təbliği" mövzusunda qalibi olmuş Azərbaycan Yaradıcılıq Fondunun "Qafqaz Albaniyasına səyahət" adlı layihəsi həyata keçirilib. SİA-nın məlumatına görə, layihə çərçivəsində Oğuz, Qəbələ və Qazax rayonlarında yerləşən Qafqaz Albaniyası abidələrinə ekskursiyalar təşkil olunmuş, tarix-mədəniyyət abidələri haqqında rayon gənclərinə geniş informasiya verilib.
"Qafqaz Albaniyasına səyahət" adlı layihəsi davam etməkdədir. Azərbaycan Yaradıcılıq Fondu tərəfindən daha bir neçə rayonda bu səpkili tədbirlərin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə