Musiqi müəllimləri üçün işə qəbul

Musiqi müəllimləri üçün işə qəbul

Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların işə qəbulu zamanı şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq. SİA-nın məlumatına görə, müvafiq komissiya pedaqoji kadrların işə qəbulu üzrə II müsabiqəni elan edir.

Elektron ərizələrin qəbulu 06 oktyabr tarixindən, 12 oktyabr 2015-ci il tarixi saat 17:00 qədər [email protected] elektron ünvanında aparılacaq. Müsabiqənin ikinci mərhələsinə (müsahibə mərhələsi) 16 oktyabr 2015-ci il tarixindən start veriləcək.

Məktəblərdə pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar Nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə