Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin qorunması, dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili üçün, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri yaradılıb, hazırda Mədəniyyət Mərkəzlərinin fəaliyyətlərinin təşkili istiqamətində iş aparılır. SİA-nın məlumatına görə, görülən işlərin davamı olaraq bu sahədə aparılan islahatların operativ və səmərəli təşkili məqsədilə Göygöl rayon Mədəniyyət Mərkəzində Gəncə, Yevlax, Mingəçevir, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Goranboy və Göygöl rayonlarının Mədəniyyət Mərkəzlərinin direktorları və metodistləri, o cümlədən aparıcı filialların (mədəniyyət, folklor, sənətkarlıq və s. evləri və klublar) rəhbərləri üçün səyyar seminar keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və həmin sektorun aparıcı məsləhətçisi Vüqar Məmmədov tərəfindən aparılan səyyar seminarda "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" strategiyası və islahatlara dair digər mövzularda ətraflı məlumat vermiş, seminar iştirakçılarını maraqlandıran məsələlər izah edilmiş, yaranan suallar cavablandırılıb. Səyyar seminarların respublikanın digər rayonlarında da keçirilməsi planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB