Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının və mədəni irsinin dünyada təbliğidir. SİA-nın verdiyi məlumata görə, bu istiqamətdə müxtəlif ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin mütəmadi olaraq ölkəmizə səfəri təşkil edilir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyinin təşəbbüsü və Nazirliyin təşkilatçılığı ilə sözügedən ölkənin tanınmış jurnalistlərindən ibarət qrup 05-10 oktyabr 2015-ci il tarixlərində Azərbaycanda səfərdədirlər.
Qeyd edək ki, səfər çərçivəsində Bakı, Qəbələ və İsmayıllının mədəni, tarixi yerlərini ziyarət planlaşdırılır. Həmçinin, Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşlərin təşkili nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB