Azərbaycan Milli Konservatoriyasının "İnstrumental muğam" kafedrasının müdiri Malik Mansurov (tar) və konservatoriyanın müəllimi Bəyimxanım Vəliyeva (xanəndə) İsraildə keçirilən beynəlxalq musiqi festivalında ölkəmizi təmsil ediblər. SİA-nın məlumatına görə, müxtəlif dünya ölkələrinin qatıldığı "Jerusalem Sacred Music" adlı musiqi festivalında təmsilçilərimizin ifasında zəngin musiqi proqramı təqdim olunub.
Konsert maraqla qarşılanıb.
Festivalda İsrail bəstəkarları Peres Eliyahu və Mark Elyahunun musiqi əsərləri ilə yanaşı, azərbaycanlı bəstəkarların da müxtəlif musiqiləri səsləndirilib. Bir neçə gün Yerusəlim İncəsənət Məktəbində ustad dərsləri keçən sənətkarların ifasında xalq mahnıları və təsniflər təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB