Xəbər verdiyimiz kimi, Bakıda oktyabrın 1-dən 7-dək Azərbaycanda Rusiya filmləri həftəsi keçirilir. SİA-nın məlumatına görə, tədbir Rusiyanın Mədəniyyət Nazirliyi və "Kinofest" prodüser mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Bakıdakı səfirliyinin və Nizami Kino Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Kinohəftənin üçüncü günü Bakıda qonaq olan Rusiyanın tanınmış prodüser, rejissor, ssenarist və ictimai xadimi Aleksey Pimanov Nizami Kino Mərkəzində çəkdiyi "Oveçka Dolli bıla zlaya i rano umerla" filminin nümayişdən qabaq, tamaşaçıların qarşısında çıxış edib.
Filmini təqdim edən A.Pimanov həmçinin, Bakının müasir, gözəl şəhər olduğunu və Bakı sakinlərinin qonaqpərvərliyini xüsusi qeyd edib. Keçmişin şirin xatirəsinin təsviri filmin ən yaxşı səhnələrindəndir.
Qeyd edək ki, Rusiya Kino həftəsi oktyabrın 7 –nə qədər davam edəcək və filmlər hər gün saat 18 : 40 kinomərkəzin böyük zalında nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB