Azərbaycanın Əməkdar Artisti Suğra Bağırzadə türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə təltif edilib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən məlumata görə, əməkdar artist Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Fəxri doktoru" adına layiq görülüb.
Qeyd edək ki, istedadlı aktrisa uşaqlıqdan həyatını incəsənətə bağlayaraq müxtəlif filmlərdə yaddaqalan obrazlar yaradıb. Belə ki, aktrisa "Yollar və küçələrlə", "Ulduz", "Alma almaya bənzər", "Tələ", "Yuxu", "Şir evdən getdi", "Sonuncu şahid", "Qəmbər Hüseynli" və s. filmlərdə biri-birindən maraqlı obrazları ilə tamaşaçı qəlbinə yol tapıb. Məşhur "Cücələrim" mahnısı da Suğra Bağırzadənin ifasında dillər əzbərinə çevrilib və bu istedadı onu doğma Azərbaycanın hüdudlarından kənarda da tanıdıb. Bütün bunlarla yanaşı, aktrisanın əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan xobbisi tədricən daha bir peşəyə keçid alaraq, güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB