Otellər dünya standartlarına uyğunlaşdırılacaq

Otellər dünya standartlarına uyğunlaşdırılacaq

"Bildiyimiz kimi cənab Prezident İlham Əliyev turizm sahəsinə böyük dəstək göstərir. Bundan irəli gələrək bu yaxınlarda Dövlət Başçısı Mədəniyyət və Turizm Nazirliyinin Nizamnaməsi və tarixi abidələrin qorunması ilə bağlı yaradılan yeni qurumun əsasnaməsi təsdiq edilməsi ilə bağlı fərman imzalayıb". SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Ə. Qarayev bildirib ki, sözügedən fərmanlarda turizmin inkişafı ilə bağlı xüsusi bir bənd ayrılıb: "Həmin bəndə əsasən turizm məkanlarına qanunsuz müdaxilə olmaması, onların fəaliyyətlərinin sərbəst aparılması, turizmin inkişafı üçün lazımi iqtisadi şəraitin yaradılması ilə bağlı lazımi tapşırıqlar verilib. Bundan əlavə, iki ay müddətində otellərin sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması ilə bağlı tapşırılqlar verilib və artıq bununla bağlı işlər həyata keçirilməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə