Noyabrın 7-də Azərbaycanın əməkdar artisti, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Berlin Opera Teatrında Almaniya AIDS Fondunun Böyük Qala Operasında çıxış edəcək. SİA-nın məlumatına görə, orkestrə Donald Runnikls dirijorluq edəcək.
D.Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) "GalaVerdi" adlı solo konsertləri böyük uğurla keçib.
Soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də İohan Ştrausun "Yarasa" operettasında Rozalinda obrazını yaradıb. Konsertlərdə isə D.Əliyeva Azərbaycan və rus xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB