Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə 2015-ci il 24-26 sentyabr tarixində Tbilisi şəhərində keçiriləcək yubiley tədbirlərində Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri bəstəkarın "Arşın mal alan" operettasının konsert ifasını təqdim edəcəklər. SİA-nın məlumatına görə, tədbirlərin keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğində, Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əməkdaşlığın inkişaf etdirilməsində, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbi ilə Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzi arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Muzey və Mərkəzin dəvətinə əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə məktəbin müəllim və şagirdləri 2014-cü ilin dekabr ayında Tbilisi və Marneuli şəhərlərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirlərdə, 2015-ci ilin 18-20 mart tarixində Tbilisi, Marneuli və Kutaisi şəhərlərində Novruz bayramı münasibətilə təşkil olunan silsilə tədbirlərdə iştirak etmişlər. Sözügedən tədbirlərdə məktəbin xalq çalğı alətləri orkestri Azərbaycan klassik və xalq musiqisindən ibarət böyük konsert proqramları ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB