Dünya şöhrətli, məşhur gürcü teatr rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq. SİA-nın məlumatına görə, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının oktyabr ayında Azərbaycana qastrol səfəri çərçivəsində baş tutacaq. 9 oktyabr tarixində Tamaz Çiladzenin "Ov mövsümü", 11 oktyabrda isə Terrens Maknellinin "Mariya Kallas – Dərs" tamaşaları azərbaycanlı sənətsevərlərə təqdim olunacaq.
Teatrın Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı və Robert Sturua ilə sıx əlaqələri var. Bu qastrol səfəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşaları izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB