Dərbəndin 2000 illik yubileyi qeyd olunub FOTOLAR

Dərbəndin 2000 illik yubileyi qeyd olunub FOTOLAR

Dərbənddə şəhərin 2000 illik yubiley tədbiri böyük təntənə ilə qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə Dağıstan Respublikasının Prezidenti cənab Ramazan Abdulatipov və Rusiya Federasiyasının bir sıra məsul şəxsləri iştirak edib. Tədbirin hazırlanmasında Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrının kollektivinə məsuliyyətli işlər həvalə olunub. Teatrın baş rejissoru Ər-Toğrul Kamalovun verdiyi məlumata görə, yubiley tədbirində fəal iştirak edən kollektiv Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və təbliği məqsədi ilə adət-ənənələrimizi teatrlaşdırılmış şəkildə qonaqlara təqdim edib. Dərbənd Azərbaycan teatrının aktyorlarının ifasında nümayiş olunan səhnəciklər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Yubiley tədbirinin keçirilməsində teatra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi böyük dəstək olub. Tədbirdə Azərbaycanın Xalq artistləri Polad Bülbüloğlu, Mələkxanım Əyyubova, Möhlət Müslümov və gənc kamança ustası Elvin Mirzəyev çıxış ediblər.

Qeyd edək ki, tamaşaçılar tərəfindən alqışlarla qarşılanan sənətçilərimiz Dərbənddə olduqlarından məmnunluqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə