Mədəniyyət və Turizm Nazirliyində Nazir müavini Nazim Səmədovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanda kənd yaşıl turizmin inkişaf etdirilməsi, gələcəkdə görüləcək işlər və layihələr müzakirə edilib. SİA-nın məlumatına görə, görüş zamanı "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Qəhrəman Yusupov cari ildə gördüyü işlər haqqında məlumat vermiş və bu sahənin inkişaf etdirilməsi ilə bağlı Birliyin üzvləri adından müvafiq təkliflərlə çıxış edib.
Qeyd etmək lazımdır ki, "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmışdır. Birliyin əsas məqsədi kənd qonaq evlərinin təşkili, kəndli təsərrüfatında məşğulluğun artırılması, yaşıl turizmin dəstəklənməsi, kənd yaşıl turizmə aid müvafiq tur və ekskursiyaların təşkilidir.
Görüş zamanı kənd yaşıl turizmin inkişaf etdirilməsi ilə bağlı Nazirliyin dəstəyi ilə İctimai Birliyin dolğun informasiyaları özündə cəmləşdirən müvafiq saytının və kataloqunun yaradılması, kənd yaşıl turizminin təşviqi və kənd evləri sahibləri arasında turizmin bu növünün inkişaf etdirilməsi məqsədilə yerlərdə müvafiq təlim və seminarların təşkil edilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB