Beynəlxalq dərəcəli vizajçı, tərz rəssamı, "Yenilənmiş sima sənəti" üçcildliyinin müəllifi, Ukraynada fəaliyyət göstərən "Boyko Beauty School" tərz və makiyaj məktəbinin rəhbəri və müəllimi Tatyana Boyko "Üzün modelləşdirilməsi sxemləri. Yaşa görə makiyaj" ustad dərsi keçmək məqsədilə ilk dəfə Bakıya gələcək. SİA-nın məlumatına görə, Tatyana Boykonun mühazirələri onun üzün modelləşdirilməsinə dair ideya, sxem və formullarının nümayişi ilə müşayiət olunur. Vizajçı işığı udan və işığı əks etdirən teksturaların tətbiqinin "lehinə" və "əleyhinə" olan məqamlardan da danışacaq.
Qeyd edək ki, ustad dərsin bütün iştirakçılarına Tatyana Boykonun sertifikatları təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB