Üzeyir Hacıbəylinin ev-muzeyində tədbir keçirilib FOTOLAR

Üzeyir Hacıbəylinin ev-muzeyində tədbir keçirilib FOTOLAR

Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açıb. Bəstəkarın yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini söyləyən natiq ona böyük ümumxalq məhəbbətindən danışıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Ü.Hacıbəyli irsini təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirib. O, Üzeyir Hacıbəyli yaradıcılığını Azərbaycan xalqının milli mənəvi sərvəti adlandırıb.

Tədbirdə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələrdən, əvəzsiz xidmətlərdən söhbət açılıb.

Muzeyin arxiv materialları əsasında hazırlanmış sərgisi nümayiş olunub.

Qeyd edək ki, sonda bəstəkarların əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə